вторник, 29 января 2013 г.

HZ. MEHDININ ZUHURU AZERBAYCANLA BAGLIDIR!!!!!!!!!!

Heqiqeten men bu xeberi gorende cox sevindim.Hem sevindim hemde casdim qaldim.HZ Mehdinin zuhuru bir basa Azerbaycanla baglidir.Ve ehtimalda varki Hz Mehdinin ozude Azerbaycan Torpaqlarindan cixsin.Azerbaycanin "ermeni" digalari terefinden isgal olunmasi esirler once hedislerde qeyd olunurdu.Daha cox melumat yazmiyacam,cunki bu videoda butun melumatlar var...Axira qeder izleyin

"ermenilerin" GERCEK tarix.







İkincisi, bu plana göre 15 minlik bir deste quru yolla Gürcüstana getmeli idi. Ori esasen iki mühüm menteqe göstermişdi — Şamaxı ve İrevan, «onların ele keçirilmesi Zaqafqaziyanın taleyini hell ederdi» (2).

Rus çarı I Pyotr ermenilerin xahişine müsbet cavab verdi.
Bu dövrde İran vasitesile Qafqaza, o cümleden Azerbaycanın Qarabağ bölgesine az miqdarda ermenilerin gelib meskunlaşması I Pyotra melum idi. Qeyd etmek lazımdır ki, esrler boyu bu erazide türksoylu ehali, xristian etiqadlı albanlar yaşayırdılar. Bu erazilere gelme ermeni azlığı ise da¬ha çox siyasi feallıq göstererek xristian ehalisini müdafie bayrağı altında çıxış etmeye cehd gösterirdi. Hetta onlar Qarabağ erazisindeki qedim alban kilselerini menimseyerek onları qriqoryan üslubunda yeniden temir etdirirdiler.

Azerbaycanın daxili, başqa sözle merkezi eyaletlerin¬den biri olan Qarabağ erazisinde xristian ehalisinden söhbet gederken yadda saxlamaq lazımdır ki, onlar ümumi ehalinin az bir hissesini teşkil edirdiler. Bu az bir hissenin yarıdan çoxunu da yerli albanlar, cüzi bir hissesini de gelme erme¬niler teşkil edirdiler. Ermeniler cem halda yalnız 1828-ci il Türkmençay müqavilesinden sonra çar Rusiyası terefinden meqsedyönlü ve planlı suretde Şimali ve Qerbi Azerbaycan (indiki Ermenistan Respublikası) bölgelerine, xususile de azrbaycanlıların mehsuldar ve sefalı yaylaq torpaqlarinm yerleşdiyi Qarabag bölgesine köçürülmüşdüler. Sonralar da Qarabagda yaşayan ermenilerin ekseriyyetini qriqoryanlaşmış xristian albanların teşkil etdiyini yaxşı bilen milletçi daireler onlara ikinci növ ermeniler kimi baxirdilar. Bu fikri ermeni müellifi Arakelov da qeyd edirdi. O yazırdı ki, mil¬letçi ermeniler üçün «qarabağlı ermeniler ikinci dereceli hemqebile üzvleridir» (3).

XVIII esrin evvellerinde İrandan gelme az miqdarda ermeni ehalisi Qerbi Azerbaycanın, yeni indiki Ermenistan Respublikasının ve bütövlükde Şimali Azerbaycanın ayrı-ayrı bölgelerinde, xüsusile de mühüm ticaret merkezleri olan İrevan, Gence ve Şamaxıda, 1828-ci ilden etibaren ise sistemli şekilde Qarabağ ve İrevan bölgelerinde meskunlaşaraq ticaretle meşğul olmuş, onların böyük bir hissesi azer¬baycanlı türklerin qapı-bacasında, teserrüfatlarında nökerçilik etmiş, onların malqarasını otarmış, tikinti işlerinde çalışmışdılar.

CALDIRAN DOYUSU

Səfəvi dövləti kimi güclü bir dövlətin yaranması Osmanlı sultanlarını narahat edirdi. Şah İsmayıl da geniş əraziləri əhatə edən şiə dövləti qurmaq istəyirdi. Anadoludakı türklər İsmayıla rəğbət bəsləməklə qalmır, bölgəni geniş xalq üsyanları bürüyür.Osmanlı ərazisindəki narazı əhali kütləvi surətdə Səvəfi dövlətinə köçməyə başlayır. Bütün bunlar Səvəfi ideologiyasının təkcə şərqi Anadoluda deyil, mərkəzi Anadoluda böyük təsirə malik olduğunu göstərir.
Beləliklə siyasi səbəbdən yaranan Səfəvi-Osmanlı qarşıdurması gələcəkdə uzun sürəcək və din pərdəsi arxasında aparılan müharibələrin səbəbi idi. İlk dəfə Çaldıran döyüşündən əvvəl Qızılbaşların kafir kimi öldürülməsinə fətva alan I Səlimin başlatdığı bu dini müharibə gələcəkdə onun oğlu I Sülymanın dövründə Osmanlı şeyxül islamı Müfti ƏL-HƏMZƏ tərəfindən verilən fetva ilə qızılbaşların öldürülüb malları ilə birgə arvad və uşaqlara shib olmalarını halal elan dövlət ideologiyasına çeviriləcək.
1513-cü ildə Anadoluda 40-45 min uşaqlı-böyüklü qızılbaşı qılıncdan keçirtdirən Səlim Yavuz Səfəvi dövlətinə hücum etdi. Səlimin təhqiramiz farsca yazdığı məktublara türkcə cavab yazan İsmayıl məsələni sülh ilə həll etməyə cəhd etsə də bu alınmadı. 1514-cü ildə Sultan I Səlimin (1512-1520) başçılıq etdiyi Osmanlı ordusu ilə baş vermiş Çaldıran döyüşüdə Şah İsmayılın qoşunları məğlub oldu. Bu döyüşdə osmanlılar sayca çox idilər. Bundan başqa onların daha bir üstünlüyü də 300-ə qədər topun olması idi. Bütün bunlar döyüşün gedişinə təsir göstərməyə bilməzdi. Şah İSMAYIL şəxsi igidlik və cəsurluq nümunələri göstərib, özünün qeyri-adi gücü və döyüş bacarığı ilə məşhur olan TURƏLİ bəy Məlkoçoğlunu təkbətək döyüşdə şəxsən məhv etmişdir. Şah İsmayıl qılıncla ona elə bir zərbə endirir ki, dəbilqəsi və başı iki yerə paralanır. İsmayılın qılıncı ƏLİ bəyin sinəsinə qədər işləyir. Döyüşün qızqın çağında İSMAYIL azsaylı dəstəsi ilə düşmənin artilleriyasına doğru can atır, lakin bu zaman onun atı büdrəyib yıxılır. Şah İsmayıla çox bənzəyən Soltanəli Mirzə Əfşar: "Şah mənəm", deyə qışqırmaqla onu əsir düşməkdən xilas edir və beləliklə yaralanaş şah ata qalxaraq döyüş meydanından qaça bilir. I Sultan Səlim Xoy,Mərənd və Təbriz şəhərlərini tutur. Buna baxmayaraq, o, Təbrizdə çox qala bilməyib, 6 gündən sonra şah İSMAYIL tacı, əlbisələri və bəzək əşyaları da içində olmaqla xeyli qənimət götürərək, Təbrizi tərk edir.
Sultan Səlim qənimətlə birlikdə özü ilə İstanbula sonradan Türkiyənin incəsənət və sənətkarlıqının inkişafında müstəsna rol oynamış bir çox incəsənət xadimlərini və sənətkarları da aparır. Dünyanın ən zəngin muzeylərindən sayılan İstanbul Topqapı sarayında, Əsgər muzeyində Azərbaycan tətbiqi sənətinin Çaldıran döyüşündən sonra buraya gətirilmiş ən nadir nümunələri nümayiş etdirilməkdədir.
Tarixçilərin bildirdiyinə görə, Çaldıranda, döyüş meydanında kişi paltarı geyib, öz ərləri ilə birlikdə vuruşan xeyli qadın meyidi tapılmışdı.
1515-ci ildə Osmanlı imperiyası ilə sülh bağlanır. Şərtə görə, Şərqi Anadolu həmişəlik Osmanlıya verilir.
Sefeviler Dovleti                                                






Şah İsmayıl 1487-ci il 23 iyulda Ərdəbil şəhərində anadan olmuşdur. Şeyx Səfiəddin nəslindəndir, atası Şeyx Heydər, anası Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı Aləmşah Həlimə bəyimdir.
1488-ci ildə atası Şeyx Heydər döyüşdə öldürüldükdən sonra, İsmayıl anası və qardaşları — Sultanəli və İbrahim ilə birlikdə İstəxr qalasında (Şiraz) həbsdə saxlanılır. Onda İsmayılın hələ iki yaşı tamam olmamışdı. Bir müddətdən sonra Uzun Həsənin oğlu Rüstəm Mirzə hakimiyyət uğrunda mübarizədə qardaşlardan istifadə etmək məqsədilə onları həbsdən azad edir. Lakin döyüş zamanı İsmayılın böyük qardaşı Sultanəlinin və "qızılbaşlar"ın necə şücaət göstərdiyini görüb qorxuya düşür, özünü və sülaləsini gələcək təhlükələrdən qurtarmaq üçün Şeyx Cüneyd nəslinə son qoymaq qərarına gəlir. O, 1495-ci ildə Şeyx Sultanəlinin üzərinə qoşun göndərib Şəməsi döyüşündə onu öldürtdürür. Ölümündən öncə Şeyx Sultanəli Ərdəbilə göndərdiyi İsmayılı özünün varisi elan etmişdir və Sultanəlinin ölümündən sonra tərəfdarlərı hər yerdə axtarılan İsmayılı görüb onu bir müddət Ərdəbildə daha sonra Rəştdə gizlədirlər.
Sonra onu LahicanaGilan hakimi Mirzə Əlinin sarayına gətirirlər. Gilana gələndə İsmayıl yeddi yaşında olur. Burada o, Həsən xanın himayəsi altında Lələ Hüseyn tərəfindən tərbiyə olunur. İsmayıl təqribən 6 il burada qalır, tanınmış əmir və alimlərdən dünyəvi, hərbi və dini biliklər öyrənir.
1499-cu ilin avqust ayında 12 yaşlı İsmayıl özünün yaxın tərbiyəçisi və məsləhətçisi olan bir neçə qızılbaş tayfa başçısı ilə birlikdə qoşun toplamaq üçün Ərdəbilə yollanır, ancaq şəhər hakimi tərəfindən təqib olunur. O, 1500-cü ilin yazında Şamlı və Rumlu tayfalarından, habelə Qaradağ və Talış əhalisindən ona qoşulmuş 2 minə yaxın qızılbaşla Qarabağ, ÇuxursədŞuragilKağızman,Tircan yolu ilə Ərzincana gəlir.
Ərzincanda keçirilən müşavirəsində Səfəvilərin irsi düşməni Şirvanşah Fərrux Yasarla müharibəyə başlamaq qərara alındı və əmirlərinin Gürcüstana bir neçə basqınından sonra İsmayıl Anadoludatopladığı təqribən 7 min nəfərlik tərəfdarı ilə 1500-cü ilin axırlarında Şirvana hücum edir. Cabanı döyüşündə Fərrux Yasar məğlub edildi və şirvanşah öldürüldü. İsmayıl üç gün düşərgəsində qaldıqdan sonra Şamaxıya daxil oldu. Burada onu seyidlər, qazılar, rəislər və şəhər əyanları qarşıladı. Şamaxıya girən İsmayıl şəhərdə yalnız bircə gün qaldı. Burada öyrəndi ki, Şirvanşahın döyüş meydanından qaçıb canını qurtarmış oğlu II Şeyx İbrahim (Şeyxşah) Xəzər dənizinin sahilindəki Şəhrinou qalasındadır və atasının qoşunlarının salamat qalmış hissələrini ətrafına toplamışdır. İsmayıl sərkərdəsi Hülafə bəyə qoşun hissəsi ilə oraya göndərdi, duruş gətirə bilməyəcəyini görən Şeyxşah yaxın adamları ilə birlikdə qaçdı. Müqavimətə rast gəlməyən Hülafə bəy, Şəhrinouda düşərgə saldı. Ertəsi gün İsmayıl özü buraya gəldi. İsmayıl Şəhrinounu tutduqdan sonra Mahmudabada qışlağa getdi. Burada ona məlum oldu ki, Bakı şəhərinin əhalisi qalalarının möhkəmliyinə bel bağlayaraq xərac verməkdən imtina edir və müqavimət göstərirlər.[4] İsmayıl uzun çəkməyən mühasirədən sonra 1501-ci ilin baharında Bakını aldı.
Şirvanşah qoşunlarının vuruşmadan sonra salamat qalmış hissələri Gülüstan qalasına cəkilmişdi. İsmayıl Bakını aldıqdan sonra Gülüstan qalasını tutmağa getdi. Lakin tezliklə Gülüstanın mühasirəsini buraxaraq, əmirlərinə bunu yuxuda imamdan tapşırıq alması ilə izah etmişdir[5], Ağqoyunlu Əlvəndlə mübarizəyə yollandı. Rəvayətə görə İsmayıl qızılbaş əmirlərini məşvərətə yığaraq onlardan soruşur: "Siz nə istəyirsiniz, Azərbaycan taxt-tacını, yoxsa "Gülüstan" qalasını?" Onlar yekdilliklə Azərbaycanı üstün tuturlar.
Schah Ismail Khatai Aserbaidschan.jpg
Şah İsmayılın yaratdığı Səfəvilər dövlətinin ərazisi
İsmayıl öz qoşunu ilə Naxçıvan istiqamətində hərəkət edir. 1501-ci ilin ortalarında Əlvənd Mirzə onları Şərur düzündə qarşılayır. Şərur döyüşündə Əlvənd Mirzənin 30 minlik ordusu İsmayıl 7 minlik qoşunu tərəfindən darmadağın edilir. Vahiməyə düşüb qaçan döyüşçülərini saxlamaq və rəqibin arxadan zərbələrini dəf etmək məqsədilə bir-birinə zəncirlənmiş dəvələrdən istifadə etmək cəhdi də Əlvənd Mirzəyə kömək etmir.
İsmayıl bu döyüşdə də öz yaşına görə qeyri-adi dərəcədə sərkərdəlik qabiliyyəti və şəxsi igidlik nümunəsi göstərir. O özü şəxsən Ağqoyunlu qoşununun sayılan əmirlərindən Karqiçay bəyi qılınc döyüşündə məğlub edir. Digər məşhur sərkərdələr də öldürülmüş və başları özgə düşmənlərə görk olmaq üçün qızılbaş döyüşçülərinin tutduğu yüksəkliklərdə qoyulmuşdur. Əlvənd özü isə döyüş meydanından güclə qaçaraq, canını qurtarmışdır. Beləliklə, İsmayıl xeyli qənimət qazanmışdır və ən əsası isə Təbrizə yol açıqdır.
1501-ci ilin payızında Təbrizə daxil olan İsmayıl özünü şah elan etdi. Bununla da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyuldu.
I Şah İsmayılın tabe olmaq təklifini rədd edən Ağqoyunlu hökmdarı Sultan Muradla 1503-cü il iyunun 21-də Həmədan yaxınlığında döyüş Şah İsmayılın qələbəsi ilə nəticələndi və Ağqoyunlu dövləti süqut etdi.
Çox qısa müddətdə şah İsmayıl Şeybani xanın özbək dövlətindən tutmuş Osmanlı imperiyasının sərhədlərinə qədər uzanan möhtəşəm bir dövlət yarada bilir.
Özbək Şeybani xan İsmayıl üçün strateji əhəmiyyət daşıyan İsfahanı tutarkən ona göndərdiyi "Mən İran və Azərbaycan sərhədlərinə gələrək, oranı tutandan sonra İraqi-Ərəbə və Hicaza gedəcəyəm" məktubana cavab olaraq Şah İsmayıl öz qoşunlarını Xorasana yeridir. Şeybani xan Mərv qalasında gizlənir, lakin İsmayıl aldadıcı manevr edərək,onu qaladan bayıra çıxarır və 1510-cu il 2 dekabrda Mahmudi kəndi yaxınlığında şah İsmayılla Şeybani xanın qoşunları arasındakı Mərv döyüşü şah İsmayılın tam qələbəsi ilə başa çatır. Bütün gün ərzində davam edən bu ağır döyüşdə məğlub olan Şeybani xan qaçmaq istədikdə şah İsmayılın döyüşçüləri və öz mühafizəçiləri tərəfindən qətlə edilir. Şeybani xanın başını şaha gətirirlər. Əmrə əsasən, onun kəlləsini qızıl suyuna çəkib, qədəh düzəldirlər.Bu döyüşdən sonra o, HeratMərv və Bəlx şəhərlərini tutur. Bütün ŞabranXorasan vilayəti şah İsmayılın hakimiyyəti altına keçir. Sonrakı illərdə Şah İsmayıl bütün İranı,İraqi-Ərəbi Səfəvilər dövlətinə qatdı. Onun dövründə Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli dövlətlərindən birinə çevrldi.Səfəvi dövləti öz yüksəlişinin zirvə nöqtəsinə çatır. Onun ərazisinin sahəsi 2 milyon 800 min kvadrat kilometrə çatırdı.